Azərbaycan Kubokunda yarımfinal oyununda sensasiya qeydə alınıb.
Mia.az xəbər verir ki, yarımfinalda bu gün “Turan Tovuz” evində “Neftçi”ni qəbul edib.
Qərb komandası daha üstün oynayaraq 74-cü dəqiqədə moldovalı müdafiəçi Denis Marandiçin vurduğu qolla matçdan qalib ayrılıb - 1:0.
Xatırladaq ki, bu komandalar arasında cavab oyunu aprelin 26-da keçiriləcək.
Fərid
MİA.AZ