Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23.00-da başlayan ilk oyunda 2:0 hesabı ilə uduzan "Çelsi" Londonda "Real Madrid"i qəbul edib.
Oyunun ilk hissəsində hesab açılmayıb.
57-ci dəqiqədə "Real" Rodriqonun qolu ilə hesabı önə çıxıb - 0:1
80-ci dəqiqədə "Real" Rodriqonun qolu ilə fərqi artırıb - 0:2
Oyun bu hesabla başa çatıb və "Real" yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, komandalar meydana bu heyətlə çıxıblar:
ÇELSİ: Kepa, Fofana, Silva, Çalobah, Ceyms, Kovaçiç, Enzo, Kante, Kukurella, Gallagher, Havertz
REAL MADRID: Kurtua, Karvaxal, Militao, Alaba, Valverde, Kamavinqa, Modriç, Kroos, Rodriqo, Vinisius, Benzema
İtaliya derbisində isə "Napoli" 1:0 hesabı ilə uduzduğu ilk oyunun revanşında "Milan"ı qəbul edib.
Bu oyunda "Milan" 43-cü dəqiqədə Giroudun qolu ilə hesabı açıb - 0:1
90+3-də "Napoli" hesaba tarazlıq gətirsə də, iki oyunun nəticəsinə görə "Milan" yarımfinala vəsiqə qazanıb.
Xatırladaq ki, bu komandalar isə "döyüş"ə bu heyətlə başlayıblar:
NAPOLI: Meret, Di Lorenzo, Rrahmani, Jesus, Mario Rui, Ndombele, Lobotka, Zielinski, Politano, Kvaratshelia, Osimhen
MILAN: Maignan, Calabria, Kjaer, Tomori, Theo Hernandez, Krunic, Tonali, Bennacer, Brahim, Leao, Giroud
Xatırladaq ki, 1/4 finalin digər iki oyunu isə bu gücə saat 23.00-da olacaq.
Fərid
Mia.az