SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Upstream Management International" MMC-nin direktoru Şaiq Bəkirov vəzifədən azad olunub.

Mia.az xəbər verir ki, o, təqaüdə göndərilib.

Məlumata görə, həmin MMC-nin direktoru vəzifəsinə "Karabakh Operating Company" şirkətində icraçı direktoru Emin Babayev təyin edilib.

Mia.az