Mövsümün sonunda "Sivasspor"dan ayrılacağını deyən təcrübəli məşqçi Rıza Çalımbay Milli Komanda, yaxud "Trabzonspor"un baş məşqçilyinə iddalıdır.
Mia.az xəbər verir ki, Radio1-ə açıqlama verən "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay komandasının vəziyyəti və öz karyerası ilə bağlı açıqlamalar verib.
Superliqanın vəziyyətini şərh edən Çalımbay deyib ki, artıq Türkiyə superliqası liqadan çıxıb: "Bu mövsüm hər şey liqada qarışıb...".
Milli Komanda və "Trabzonspor" haqda danışan Çalımbay deyib ki, adı zaman-zaman bu komandalarla hallanıb: "Təbii, ən çox sevdiyim yerlərdən biri də Qara dənizdir. "Trabzonspor"u zamanında 13-cü pillədə alıb 5-ci yerə gətirdfim. Yeni rəhbərlik gəldi və ayrıldıq. "Trabzonspor" tamam başqa yerdir. Hazırda o komanda ilə görüşməyi doğru deyil, mövsümün sonunda isə nələr olacağını zaman göstərəcək".
Fərid
MİA.AZ