FİFA ulduz futbolçunun müqaviləsinə xitam verən klubu ağır cəzalandırıb.
Mia.az xəbər verir ki, FİFA "Lids Yunayted"i Jean-Kevin Augustin ilə müqaviləni ədalətsiz olaraq ləğv etdiyinə görə 27,9 milyon avro cərimələyib.
Məlumata görə. İngiltərə komandası 25 yaşlı futbolçuya 5 illik müqavilədə nəzərdə tutulan məbləğı qəpiyinə qədər ödəyəcək.
Xatırladaq ki, Kevin Augustin 2020-ci ilin iyulunda 21 milyon avroya "Lids Yunayted"ə transfer olunub.
3 ay sonra "Nant"a icarəyə verilən 25 yaşlı hücumçu hazırda "Bazel"də çıxış edir.
Fərid
MİA.AZ