Hesablama Palatasının 2022-ci ildəki fəaliyyəti haqqında hesabatı Milli Məclisə daxil olub.

Mia.az xəbər verir ki, hesabat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 12-də keçiriləcək iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra hesabatın Milli Məclisin plenar iclasına tövsiyə olunacağı gözlənilir.