Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib.
Mia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
Onun sözlərinə görə, sayca 15-ci olan yeni rezident "BAFCO İnvest" MMC-dir: "Şirkət investisiya məbləği 10 milyon manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradacaq və 120 nəfəri işlə təmin edəcək".
Zülfiyyə
MİA.AZ