"Fənərbaxça" İsak Vuralla müqaviləyə xitam verib
Mia.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
"Fənərbağça"nın Türkiyə Futbol Federasiyasına bildirişdə qeyd edilib ki, futbolçuyla anlaşma qarşılıqlı razılaşma ilə pozulub.
Bu arada məlum olub ki, böyük ümidlərlə transfer edilən İsak Vuralı İsveç liqasında çıxış edən "Hammarbi" tələsik heyətinə qatıb.
Məlumata görə, "Hammarbi" onunla 4 illik müqavilə imzalayb: "Gənc ulduzun transferi üçün türk klubuna bir qəpik ödəniş olmayb".
Fərid
MİA.AZ