“Kasımpaşa”, “Konyaspor” və son olaraq “Adana Dəmirspor” matçında zəif çıxış edən "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi 84-cü dəqiqədə əvəzlənməsinə möhkəm qəzəblənib.
Mia.az xəbər verir ki, "Qalatasaray"ın 2-0 qalib gəldiyi oyunun əsas vaxtının bitməsinə 6 dəqiqə qalmış əvəzlənməsinə küsən İkardi komanda yoldaşlarının yanına deyil, birbaşa soyunma otağına gedib.
Bu barədə "Bəyaz TV"nin "Beyaz futbol" verilişinin aparıcısı Ertem Şener sosial şəbəkədəki səhifəsində paylaşım edib.
O bildirib ki, İkardi bununla da yetinməyib. Şərhçinin sözərinə görə, İcardi stadionu da xəbərsiz tərk edib.
Bu isə İkardinin mövsümün sonunda komandanı tərk edəcəyinin anonsu sayılır.
Fərid
MİA.AZ