Hollandiya millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu əfsanəvi Uesli Sneyder keçmiş həyat yoldaşı aktrisa Yolanthe Kabaunu ilə bağlı maraqlı etiraflar edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Hollandiyada TV-lərin birinə açıqlamasında 2019-cu ildə ayrıldığı arvadını unuda bilmədiyini və barışmaq istədiyini deyib.

Maraqlı budur ki, Uesli Sneyder aradan ötən 4 il ərzində keçmiş arvadınıın başqaları sevgili olmasının belə, barışmalarına sıxıntı yaratmadığını dilə gətirib: "Düşünürəm ki, azyaşlı oğlumuz Xess Xava üçün hər şey yoluna düşəcək. Əlbəttə, Yolanthenin başqaları ilə bu 4 ildə sevgili olması acıvericidir, amma bu, bizə yenidən bir araya gəlməyə mane ola bilməz. Hesab edirəm, o da geri dönmək istəyər. Biz bir-birimizi çox yaxşı tanıyırıq. O, fərqli biridir, kiməsə aşiq olsa belə, aramızdakı bağ rahat unuda bilməz...".

Fərid

Mia.az