Türkiyə superliqasına çıxmaq üçün 1-ci Liqanın zirvəsində gərgin oyunlar gedir.
Mia.az xəbər verir ki, 29-cu turda "Sakaryaspor"un liqanın 2-ci pilləsində qərarlaşan "Eyüpspor"u 2-0 udması zirvədəki yarışı daha da "şiddətləndirib".
Bu qələbə ilə artıq superliqaya çıxma yarışına azı 4 komanda yaxından ortaq olub.
Qeyd edək ki, superliqa uğrunda mübarizə aparan “Sakaryaspor” baş məşqçi Taner Taşkın təyinatından sonra son 8 oyunda 7 qələbə, 1 məğlubiyyət alıb.
Onu da qeyd edək ki, bu il superliqaya cəmi 2 komanda yüksələcək.
29-cu turda baş tutan digər qarşılaşmalar isə belə bitib:
Boluspor-Samsunspor: 1-5
Altınordu-Dənizlispor: 5-2
Pendikspor-Ankara Keçiörengücü: 2-1
Bandırmaspor-Bodrumspor: 0-4
Çaykur Rizespor-Manisa FK: 4-2
Ərzurumspor-Altay: 2-4
Sakaryaspor-Eyüpspor: 2-0
Fərid Aslan
Mia.az