Milli Komandanın Xorvatiyaya 2:0 hesabı ilə uduzduğu Avro 2024-ün seçmə mərhələsindən sonra tanınmış şərhçi Ahmet Çakar şok iddia irəli sürüb.
Mia.az-ın məlumatına görə, Ertem Şenerlə sosial media yayımındakı verilişdə çıxış edən Ahmet Çakarın sözlərinə görə, yaxın günlərdə millinin alman məşqçisi Stefan Kuntz yola salınacaq: "Yəqin ki, iki həftədən sonra Fatih Terim Milli Komandanın baş məşqçisi olacaq...".
Xatırladaq ki, həmin oyundan sonra Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi komandanın yaxşı oynadığını söyləyib.
O bildirib ki, uduzsalar da, komanda pis oynamayıb: "Əsas olan yaxşı futbol oynamaqdır. Baş məşqçimizə və oyunçularımıza təşəkkür edirəm".
Fərid
MİA.AZ