Türkiyə 1-ci Liqada çempionluq uğrunda mübarizə aparan "Eyüpspor"da sürpriz ayrılıq yaşanıb.
Mia.az-ın məlumatına görə, İstanbul komandasının baş məşqçisi, "Beşiktaş"ın canlı əfsanəsi İbrahim Üzülməz komandadan istefaya göndərilib.
"Eyüpspor"un yaydığı məlumata görə isə tərəflər qarşılıqlı anlaşma ilə müqaviləyə son verib: "Baş məşqçimiz İbrahim Üzülməz ilə yollarımızı ayırdıqbrahim Üzülməzə klubumuza verdiyi töhfələrə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq".
Fərid Aslan
MİA.AZ