Bu gün Avro-2024-ün seçmə mərhələsində Türkiyə millisi səfərdə Ermənistanla oynayır.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayan oyunun 9-cu dəqiqəsində Ozan Kabakavoqola imza atıb.
Bu qoldan 25 dəqiqə sonra Orkun Kökçü gözəl zərbə ilə hesaba tarazlıq gətirib - 1:1
Qeyd edək ki, oyunda zaman-zaman gərgin anlar yaşanır. Hakim 43-cü dəqiqəyə kimi Türkiyənin 3 oyunçusuna sarı kart verib.
64-cü dəqiqədə Kərəm Enes Ünalın ötürməsi ilə 2-ci qolu ermənilərin qapısından keçirib.
Oyun bu hesabla bitib - 1:2.
Beləliklə, Türkiyə qrupdakı ilk oyununda qalib gəlib. Türkiyə 2-ci günü növbəti oyunu Xorvatiya ilə Bursada oynayacaq.
Fərid
MİA.AZ