Türkiyə super liqasının lideri "Qalatasaray"ın prezidenti Dursun Özbek "Konyaspor" matçı öncəsi diqqətiçəkən açıqlamalar verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, əvvəlcə "Fənərbağça"nın baş məşqçisi Jorge Jesusun "Sevilya" matçından sonra verdiyi “Türkiyə çempionu masa arxasında müəyyənləşəcək” sözlərinə münasibətini bildirib. 

Özbək deyib ki, burada ona cavab verməsi doğru deyil: "Ona cavab verməyi düzgün görmürəm. Yəqin ona gərəkən cavabı lazımi orqanlar lazım olan şəkildə verəcək".

Yayda italyan ulduz Zaniolonun komandadan gedəcəyi barədə suala cavab verən klub prezidenti nu xəbəri yalanlayıb: "Zaniolo müqaviləli futbolçumuzdur. O, daha 4 il "Qalatasaray"a xidmət edəcək"

Fərid

Mia.az