"Başakşehir"in "Gent"ə 4:1 hesabı ilə uduzaraq Avropa Konfrans Liqası ilə vidalaşmasından sonra baş məşqçi Emre Belözoğlunun istefası istənilib.
Mia.az xəbər verir ki, istefa tələbinə Belözoğlu mətbuat konfransında maaqlı şərh verib.
O bildirib ki, klub prezident Göksel Gümüşdağla yaxın münasibəti var: "Göksel Gümüşdağla məsləhət etmədən özümlə bağlı qərar verə bilmərəm. Onunla mütləq danışmalıyam. Onsiuz özbaşına qərar verə bilmərəm".
Əmrə deyib k, gələcəkdə karyerasını Avropada davam etdirmək kimi hədəfi var: "Başakşehirdə çox yaxşı təcrübə qazanıram. Bura mənim evimdir. urada bütün qərarları klub prezidenti ilə veririk".
Fərid
MİA.AZ