Türkiyədə heyvanlar arasında sürətlə dabaq xəstəliyi yayılır. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin ən iri 14 təsərrüaftının karantinə alınmasından sonra, bu dəfə də Zonquldak bölgəsində 215 kənddə heyvanlarda dabaq xəstəliyi yayıldığı üçün karantin tətbiq edilib.

Kənd Təsərrüfatı və Meşə Nazirliyinin şəhər Müdirliyi bölgədə peyvənd işlərinə başlayıb.

Türkiyənin müvafiq qurumları aprelin 20-dək ölkəboyu peyvənd prosesini yekunlaşdıracaqlarını açıqlayıblar.

Samir Musayev

Mia.az