Rusiya Ukrayna taxılının daşınması barədə razılaşmanın uzadılmasına qarşı deyil.
Mia.az-ın məlumatına görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin bildirib.
Onun sözlərinə görə, Moskva Ukraynanın Qara dəniz limanlarından təhlükəsiz taxıl ixracına imkan verən sazişin uzadılmasına etiraz etmir: "Ancaq Rusiya bu dəfə 120 gün deyil, 60 gün uzadılmasına razılıq verəcək. Biz bu barədə Cenevrədə BMT rəsmiləri ilə görüşdə onlara açıq dedik".
***
Son məlumata görə, tərəflər 60 günlük sazişə razılaşıblar.
Lamiyə
Mia.az