Superliqanın 24-cü həftəsinin qapanış matçında “Kasımpaşa” doğma meydanda “Antalyaspor”u məğlub edib.
Mia.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan stadionunda Səlcuq İnanın çalışdırdığı “Kasımpaşa” Nuri Şahinin rəhbərlik etdiyi “Antalyaspor”u 3:1 hesabı ilə məğlub edib.
Kasımpaşa 22-də Mounir Chouiarın qolu ilə önə keçdi. 39-da Foitanın zərif qolu hesabı 2-0 etdi. İlk hissənin son anlarında penalti qazanan "Antalyaspor"da topu ələ keçirən Fernando fərqi 1-ə endirib. Kasımpaşada 60-cı dəqiqədə səhnəyə çıxan Malsa matçda son sözü deyib.
Fərid,
MİA.AZ