"Qalatasaray" klubun bazasını genişləndirmək üçün daha 40 hektarlıq ərazi alıb
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Qalatasaray" Floryadakı bazasını genişləndirmək üçün ona bitişik olan ərazinin alqı-satqı işini həyata keçirib.
Məlumata görə, klub Florya Metin Oktay bazasına bitişik olan 40 hektarlıq ərazi üçün "Emlak Konut"a 1 milyard 171 milyon 800 min TL ödəniş edəcək.
Fərid
Mia.az