"Fənərbağça" Konqres üzvü Həsən Doğan ötən həftə stadionda "Hökumət istefa" şüarları səsləndirən azarkeşlərə cəza verildiyini açıqlayıb.

Mia.az xəbər verir ki, o, bu barədə soaial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, mövcud qanunvericiliyə görə, oyunda siyasi şüarlar səsləndirdiyi üçün 30 nəfər "qara siyahı"dadır.

Onun sözlərinə görə, istintaq bitənə qədər həmin şəxslər oyunlara tamaşa üçün stadionlara buraxılmayacaq.

Fərid

Mia.Az