Türkiyədə martın 4-də "Kayserispor"la səfərdə qarşılaşacaq "Fənərbağça"nın azarkeşlərinin meydana buraxılmasına qoyulan qadağa daha bir klubun tərəfdarlarına da tətbiq olunub.

Mia.az xəbər verir ki, İstanbul şəhər polisinin qərarına əsasən "Beşiktaş" - "Ankaragücü" oyununa da qonaq komandanın azarkeşləri buraxılmayacaq. 

Qərara əsasən, bu, gözlənilən təxribat ehtimalıdır.

Xatırladaq ki, "Fənərbaxça" ilə "Beşiktaş"ın son oyunlarında hökumətin  istefaya çağırılması ölkədə gərginlik yaardıb.

Fərid

Mia.Az