"Konyaspor" rəhbərliyi komandanın başına Sergen Yalçını gətirir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İlhan Palutdan sonra "Konyaspor"un "sükanı arxası"na keçən serb Aleksandar Stanojeviçlə anlaşan komandanın qələbə üzünə həsrət qalması klub rəhbərliyini növbəti məşqçi dəyişikliyinə sürükləyib.
Məlumata görə, son 5 matçdan məğlub ayrılan komandaya azarkeşlərin də qəzəbli olması klub rəhbərliyini məşqçi seçimində tələsdirir: "Klub rəhbərliyi 2017-2018 mövsümündə də "Konyaspor"u çalışdıran Sergen Yaılçınla təmasa keçib, hazırda danışıqlar gedir. Əgər şərtlər razılaşdırılarsa, serb məşqçinin anlaşması pozulacaq və "Beşiktaş"dan sonra işsiz qalan Sergen Yalçınla yeni müqavlə imzalanacaq".
Fərid
Mia.az