"İslam İnkişaf Bankı Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır".
Mia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib:
"İslam İnkişaf Bankı Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır. Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə ölkəmizlə ikitərəfli əlaqələrin mövcud vəziyyəti, işğaldan azad edilmiş ərazilərimizin bərpası, birgə layihələrin reallaşdırılması və yeni əməkdaşlıq platformalarının yaradılması imkanlarını müzakirə etdik",
Mia.az