Yaşı və zədələri Fernando Musleranın "Qalatasaray"dakı karyerasına mövsümün sonunda nöqtə qoyacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" artıq uzun illər qapısını qoruyan Musleraya alternativ axtarışını gücləndirib.
Bildirilib ki, klub İtaliya çempionatında "Hellas Veron"da forma geyinən Lorenzo Montipoya artıq "qanca"nı taxıb: ""Qalatasaray" onu uzun müddət təqibə alıb. İtalyan qapıçının bir çox üstünlükləri onun transferini önə çıxarıb. Lakin ona İngiltərdə klublaırnın da "elçi" düşməsi bir qədər gərginlik yaradır".
Məlumata görə, 1.91 metr boyu olan qapıçı son üç oyunda qapısından qol buraxmayıb.
Fərid
MİA.AZ