Türkiyə milli komandasının müdafiəçisi Merih Demiral İtaliyadakı qarşılaşmada geyindiyi forma ilə diqqəti çəkib.
Mia.az xəbər verir ki, "Atalanta"nın oyunçusu Merih "Lecce" ilə matçda "Türkiyə üçün dua edin" yazılmış forma ilə görünüb.
Türkiyədə sosial şəbəkə istifadəçiləri onun bu hərəkətini alqışla qarşılayıb, ona çoxsaylı təriflər yazıblar.
Xatırladaq ki, zəlzələnin ilk günündən Merih Demiral məşhur futbolçuların imzalı forma və əlcəklərini açıq hərracda satışa çıxararaq, əldə olunan gəlirləri zəlzələdən zərərçəkənlərə yönəldib.
Onun hərrac kampaniyasında Ronaldu, Messi, Holand, Mpabbe, Neymar və bir çox məşhur futbolçuların imzalı formaları satılıb.
Merih Demiral bildirib ki, Ronaldunun ona zamanında verdiyi imzalı formanı 5 milyon lirə, Grizmann, Haaland və Mbappenin formalarına isə birlikdə 1 milyon 450 min lirə pul ödəyənlər olub.
Ümumilikdə isə Merih bu kampaniyadan təxminən 10 milyon lirə (1 milyon manat) qazancı Türkiyəyə ianə edib.
Kampaniyaya dəstək verənlərin ardıcıllğı isə belədir:
Kistiano Ronaldo
Leonardo Bonucci
Paulo Dybala
Kevin De Bruyne
Neymar
Karim Benzema
Lionel Messi
Kylian Mbappe
Erling Haaland
Harry Kane
Antoine Griezmann
Eden Hazard
Buffon
Alvaro Morata.
Fərid
Mia.az