Türkiyənin məşhur futbolçusu, karyerasına ötən il son verən Arda Turan məşqçiliyə başlayır.
Mia.az xəbər verir ki, bu barədə "TRT Spor"un müxbiri Barış Yurduseven sosial media hesabından məlumat yayıb.
O bildirib ki, Arda Turan Türkiyənin gənclərdən ibarət milli komandasının baş məşqçisi təyin olunmaq üzrədir.
Xatırladaq ki, Türkiyə Futbol Federasiyası millli komandanın baş məşqçisi Tolunay Kafkasla yollarını ayırıb.
Fərid,
Mia.Az