Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün "Qarabağ" Belçikanın "Gent" komandasını qəbul edib.
Mia.az xəbər verir ki, saat 21.45-də başlayan və Türkiyə və Suriyada baş vermiş zəlzələdə həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi oyunun ilk hissəsində hesab açılmayıb.
Oyunun 47-ci dəqiqəsində isə "Qarabağ" penaltini yerinə yetirə bilməyib. Şeydayevin zərbəsini qapıçı geri qaytarıb.
78-ci dəqiqədə "Qarabağ" heabı açıb - 1:0
Oyun bu heabla başa çatıb.
Cavab oyunu fevralın 23-də olacaq.
Onu da qeyd edək ki, "Qarabağ"la eyni vaxtda matçı bitən qarşılamlarada nəticcə belə olub:
“Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə) - 1:0
“Budo Qlimt” (Norveç) - “Lex” (Polşa) - 0:0
“Braqa” (Portuqaliya) - “Fiorentina” (İtaliya) - 0:4
***
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Belçika "Gent"inin start heyətləri açıqlanıb.
Mia.az xəbər verir ki, komandalar bu heyətlə "döyüşəcək":
"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Ehtiyar oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
"Gent": 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo
Ehtiyat oyunçular: 1.Pol Nardi, 10.Yens Petter Hauge, 17.Endryü Hülsager, 19.Malik Fofana, 22.Süleyman Marre, 25.Nurio Fortuna, 29.Loran Depuatr
Baş məşqçi: Heyn Vanhazebruk
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Fərid,
MİA.AZ