Antalyada Rus və ukraynalı futbolçular arasında əlbəyaxa dava düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, Antalyada hoteldə qalan Rusiyanın Yaroslav şəhərinin "Şinnik" komandasının oyunçuları ilə Ukraynanın "Minaj" komandasının futbolçuları bir-birinə yumruq və təpik zərbələri ilə "giriblər"
Məlumata görə, davaya rus futbolçuların hotel işçisinə qarşı kobud davranması səbəb olub.
Ukraynalı idmançının buna irad bildirməsindən qəzəblənən rus futbolçular ona gözlənilmədən qəfil zərbələr endirib və bu da kütləvi davaya çevirilməsinə zəmin yaradıb.
Məlumata görə, əlbəyaxa davada xeyli oyunçu xəsarət alıb, bəzi oyunçuların üz və bədən nahiyələrində sınıqlar da yaranıb.
Bu faktı hadisəni lentə alan Roman Bebek təsdiq edib.
O bildirib ki, baş verən davadan sonra hər iki komanda hoteldən çıxarılıb.
"Şinnik" komandasının oyuçusu Artyom Semeyk davadan sonra deyib ki, davanın l səbəbini bilmir: "Otağımda yatırdım, Səsə ayıldım və dəhlizə qaçdım, bir anda özümü davanın ortasında "tapdım". Təxminən 20 nəfər vardı, ölkəmə təhqir olması halında sakit dura bilməzdm. Mən Rusiyanın müdafiə etdim...".
Lamiyə Əhmədli
Mia.Az