Türkiyə milli komandasının müdafiəçisi Merih Demiralın zəlzələdən zərərçəkənlərə kömək məqsədiylə Kristian Ronaldunun imzalı formasıyla başlatdığı açıq hərrac kampanyasına diqqət çoxalıb.
Mia.az xəbər verir ki, Ronaldu, Lionel Messi, Holand, Mpabbe, Neymar və bir çox məşhur futbolçuların qatıldığı kampaniyada artıq formaları satılan futbolçuların adları bəlli olub.
Bu barədə paylaşım edən Merih Demiral bildirib ki, açıq hərracda Grizmann, Haaland və Mbappenin formaları 1 milyon 450 bin liraya satılıb: "Bununla da forma kampanyasından əldə olunan gəlir ümumilkdə 9 milyon lirəyə çatıb".
Merih onların formalarının satış qiymətini də paylaşımına əlavə edib (Həmin paylaşım aşağıda təqdim olunub - Mia.az)
Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələdən sonra Merih belə bir kampaniyaya start verib. Ona ilk dəstək verən isə portuqaliyalı futbolçu Ronaldu olub.
Kampaniyaya dəstək verənlərin ardıcıllğı isə belədir:
Kistiano Ronaldo
Leonardo Bonucci
Paulo Dybala
Kevin De Bruyne
Neymar
Karim Benzema
Lionel Messi
Kylian Mbappe
Erling Haaland
Harry Kane
Antoine Griezmann
Eden Hazard
Alvaro Morata və başqqaları.
Fərid
Mia.az