Yevlaxda atanı bıçaqlayıblar, oğlunu isə öldürüblər.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, fevralın 13-ü Yevlax rayon sakini Amin Əsədovun ölməsinə dair rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən rayon sakinləri — 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Mia.az