Hatay şəhərində çökən binanın altında qalan "Hatayspor"lu futbolçu Kristian Atsunun qohumlaır Qanadan zəlzələ bölgəsinə gəliblər.
Mia.az Türkiyə TV-lərinə istinadla xəbər verir ki, qanalı futbolçunun qohumları və meneceri bir an olsun çökən binanın yanından çəkilmədən xilasetmə əməliyyyatını yaxından izləyirlər.
Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələdə Atsu və klubun idman direktoru çökən binanın altılnda qalıblar. Bir ara onların xilas olunduğu deyilsə də, sonradan xəbər təkzib edilib.
Dünən isə BBC-yə açıqlama verən futbolçunun xanımı Mariya Klara Rupio deyub ki, hissiyyatı ərinin sağ olduğunu deyir: "Onun hələ də həyatda olduğuna inanıram. Onun üçün dua edirəm".
Fərid
Mia.Az