Ronaldu, Lionel Messi, Holand, Mpabbe, Neymar və bir çox məşhur futbolçuların Türkiyədəki zəlzələdən zərərçəkənlərə dəstəkləri davam edir
Mia.az xəbər verir ki, dünən Messinin imzalı formasını Türkiyə millisinin oyunçusu Merih Demirala göndərərək, açıq hərracda satıb zərərçəkənlərə kömək edilməsi barədə paylaşımından sonra, bu gün də İtaliya millisinin keçmiş qapıçısı, dünyaca məşhur Buffondan soraq gəlib.
Mia.az xəbər verir ki, Gianluigi Buffon imzalı əlcəklərini Merihə hərracda satılması üçün göndərib.
Bu barədə Merih paylaşım edəərk, faktı təsdiqləyib.
Artıq Buffonun əlcəkləri də hərracda satışa çıxarılıb.
Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələdən sonra Merih belə bir kampaniyaya start verib. Ona ilk dəstək verən isə portuqaliyalı futbolçu Ronaldu olub.
Ondan sonra kampaniyaya dəsətək verənlərin ardıcıllğı isə belədir:
Kistiano Ronaldo
Leonardo Bonucci
Paulo Dybala
Kevin De Bruyne
Neymar
Karim Benzema
Lionel Messi
Kylian Mbappe
Erling Haaland
Harry Kane
Antoine Griezmann
Eden Hazard
Alvaro Morata və başqqaları.
Fərid
Mia.az