Türkiyə 1-ci liqasında çıxış edən "Yeni Malatyaspor" futbol klubu Türkiyə Futbol Federasiyasına (TFF) liqadan çəkilməsi barədə məktub yollayıb.
Mia.az xəbər verir ki, bu barədə klub sosial şəbəkıə hesabından məlumat paylaşıb.
Məlumatda qeyd olunub ki, geri çəkilməyə səbəb Malatyada baş verən dəhşətli zəlzələ və klubun qapıçısının dağıntılar altında qalaraq həlak olmasından yaranan psixoloji vəziyyətdir.
Xatırladaq ki, 3 gün əvvəl klub liqadan çəkiləcəyinin anonsunu vermişdi.
Belə ki, "Yeni Malatyaspor"un prezidenti Ahmet Yaman bildirmişdi ki, zəlzələ bölgəsinə futbol oynamaları mümkün deyil: "İndi futbol oynamağın zamanı deyil, minlərlə insanımız dağıntı altındadır, ailələr yas tutur, yüzlərlə insan xəbər gözləyr, çoxunun cənazəsi var. Biz də belə vəziyyətdə futbol oynayacağıq?"
Xatırladaq ki, komandanın baş məşqçisi Azərbaycanda da yaxından tanınan Yılmaz Vuraldır.
Fərid,
Mia.az