"Kahramanmaraş İstiklal Spor"un 3 futbolçusu zəlzələdə həlak olub.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün klubun daha bir futbolçusu Saruhan Bolatın cəsədi də dağıntılar altında çıxarılıb.

Qeyd edək ki, bundan əvvəl bu klubun iki oyunçusu - Taner Kahrimanla Hakan Doğanın meyitləri dağıntılar arasından çıxarılaraq dəfn edilib.

Allah rəhmət eləsin!

Fərid,

Mia.Az