AFFA İntizam Komitəsi bəzi klubları cəzalandırıb.
Mia.az xəbər verir ki, cəzalanan klublar aşağldakılardır:
"25.01.2023-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Turan Tovuz” – “Qarabağ” oyununda "Turan Tovuz" klubunun azarkeşləri hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə meydan sahibi klub 4000 manat cərimə olunur (maddə 41.7);
25.01.2023-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Turan Tovuz” – “Qarabağ” oyununda "Turan Tovuz" klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 51.1);
24.01.2023-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Kəpəz”-“Qəbələ” oyununda təcili tibbi yardım avtomobili oyuna gecikdiyinə görə meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 59.4);
24.01.2023-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Kəpəz”-“Qəbələ” oyunundan əvvəl polis nümayəndəsi iclasa gəlmədiyinə görə meydan sahibi klub 800 AZN cərimə olunur (maddə 62.1)."
Fərid,
Mia.az