İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq "Şahbulaq daş karxanası" layihəsinə dair müsabiqənin qalibi "Star Mining" MMC ilə birgə "Shahbulag Mining" MMC-ni təsis edib.

Mia.az xəbər verir ki, bu barədə məlumatı nazir Mikayıl Cabbarov “Twitter”də paylaşıb.

Nazir bildirib ki, hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır.