Türkiyəli məşhur müğənni, "Fənərbağça" sevdalısı Dərya Uluğın sevimli komandasının oyuçusu Arao barədə paylaşımı başına bəla açıb.

Mia.az xəbər verir ki, "Fənərbağça"nın "Ümraniyespor"la oyununda sonra müğənni "Dostıar, bir şey söyləyəcəm, bir həftə möhkəm çalışsam, mən də Arao kimi oynaya bilərəm", - deyə bildirib.

Bu paylaşımın altına şərh yazanlar isə onu tənqid atəşinə tutublar. Sən demə, "Fənərbağça"nın 2-1 qalib gəldiyi oyunda ən yaxşı futbolçulardan biri həmin oyunçu olub.

Ləman,

Mia.az