"Qarabağ" fransalı hücumçu ilə anlaşıb.

Mia.az xəbər verir ki, klub Adama Diakabi ilə  30 iyun 2025-ci ilədək müqavilə imzalayıb.

Xatırladaq ki, Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.