2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, əməkhaqqı artımı tibbi və qeyri-tibbi personalı əhatə edəcək.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 97 215 işçi çalışır.