Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyi təsdiq edib.
Mia.az xəbər verir ki, qanuna əsasən, şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi qeyd edilib.
Qanuna edilmiş dəyişiklik sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədi daşıyır.