Bu gün Türkiyə Super liqasında "Fənərbağça" ilə "Qalatasaray" arasında derbi baş tutub.
Mia.az xəbər verir ki, oyunda hesabı qonaqlar açıb.
Belə ki, 32-ci dəqiqədə Olivera "Qalatasaray"ı önə çıxarıb - 0:1.
78-ci dəqiqədə isə Kərəm "Aslan"ın 2-ci qolunu vurub - 0:2.
85-ci dəqiqdə "Fənər"li İrfancan Kahvəçi kobud oyuna görə qırmızı kartla meydandan qovulub.
Hakim oyunun əsas vaxtına 10 dəqiqə əlavə edib.
90+10-da İkardi "Qalatasaray"ın daha bir qoluna imza atıb - 0:3.
Lakin hesab dəyişməyib və oyun "Qalatasaray"ın 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə ardıcıl 7-ci qələbəsini qazanan "Qalatasaray" ən yaxın izləyicisi olan "Fənərbağça" ilə arasındakı xal fərqini 4-ə çıxararaq, liderlik kürsüsündə daha da möhkəmlənib.
Mia.az