Yanvarın 6-da saat 17 radələrində Naxçıvan MR Babək rayonunun Nehrəm qəsəbəsində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Azərbaycan Respublikası DİN-in mətbuat xidmətindən Mia.az-aa bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 2005-ci il təvəllüdlü Rəhman Süleymanov saxlanılaraq istintaqa təhvil verilib.
Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırmalar davam etdirilir.
Mia.az-ın əldə etdiyi məlumata görə, hadisə Nehrəm qəsəbə 1 nömrəli məktəbdə baş verib.
Belə ki, məktəbdən xaric olunmuş Rəhman Süleymanov 10-cu sinif şagirdi Tuncay Abdullayevi ürək nahiyəsindən bıçaqlayaraq hər kəsin önündə qətlə yetirib.
Onu da qeyd edək ki, Rəhman Süleymanovun qardaşı Teymur Süleymanov da həbsdədir.
Mia.az