“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” yeni sərəncama əsasən minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq".
Mia.az xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
O, bildirib ki, bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək".
Xatırladaq ki, Prezidentin bugünkü sərəncamı ilə minimum aylıq pensiya məbləği 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılıb.