Naftalan şəhər sakini aldığı güllə yarasından dünyasını dəyişib.

Məlumata görə, hadisə şəhərdəki mənzillərin birində baş verib.

1959-cu il təvəllüdlü Firuz Qocayev odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və yerindəcə vəfa edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır/Report.