Bakının Nizami rayonunda ağır yol qəzası olub.
Mia.az DİN-ə istnadla xəbər verir ki, "Mercedes" markalı avtomobillı "Toyota" toqquşub.
Nəticədə üç nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada ölüb.
Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.
Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.