"Sabah" klubu qapıçısı Aleksandr Neçayevlə vidalaşıb.

Klubdan Mia.az-a verilən məlumata görə, 28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, belaruslu oyunçu 2022-ci ilin yanvarında 1,5 illik müqavilə imzalamışdı.