İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Müşahidə Şurasının iclası keçirilib.

Mia.az xəbər verir ki, iclas Müşahidə Şurasının sədri, naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda 2021-2022-ci illər ərzində 4SİM-in idarə olunması sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, 2023-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

İclasda 2022-ci il üçün gəlir və xərclər smetası, eləcə də digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.