Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.
Bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur/unikal.org.
Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.