“Səbail” klubu heyətindəki bəzi futbolçularla yollarını ayırıb.
Mia.az kluba istinadla bildirir ki, komanda argentinalı müdafiəçi Fakundo Kardozo, braziliyalı arxa xətt oyunçusu Qustavo de Fransa, ukraynalı yarımmüdafiəçi Maksim Çex və portuqaliyalı hücumçu Kizito Luvaqa ilə vidalaşıb.